Milla Dairy MMC yarandığı 2011-ci il tarixindən etibarən, insanları keyfiyyətli süd məhsulları ilə təmin etməklə bərabər, fəaliyyətinin hər bir anına qayğı və sevgi ilə yanaşan bir brenddir. “Sevdiklərimiz üçün” fəlsəfəsi ilə Milla, südün mənbəyindən son istehlakçıya çatdırılmasına qədər hər mərhələdə keyfiyyət, etibar və təzəliyi təmin edir. Hazırda “Milla” Azərbaycanda süd məhsulları kateqoriyası üzrə ən geniş çeşidə sahib olan və bir çox istiqamətdə bazar lideri olan bir brenddir.
Gündəlik 250 ton istehsal gücü və 12 istehsal xəttinə malik olan süd emalı zavodu sayəsində, məhsullar hər zaman təzə, təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçıya çatdırılır.
Milla məhsullarının etibarlılığı yüksək standartlara cavab verən daxili laboratoriya testləri, yerli və beynəlxalq sertifikatlar ilə təsdiqlənir. Keyfiyyətimiz yanlız məhsullarda deyil, həmçinin peşəkar işçi heyətində və səmərəli idarəetmə sistemində özünü göstərir. Azərbaycan Standartlaşdırma İnstitutu ilə sıx əməkdaşlıq, daxili təhlil və təlimlər vasitəsiylə sistemin davamlılığını təmin olunur.
2024-cü ilin may ayından etibarən “Milla” Gürcüstan bazarında fəaliyyətə başlayaraq, sevdiklərinə dəyər verən istehlakçıların seçimi olmağa başlamışdır. Hazırda 5 əsas kateqoriya üzrə 30-da çox məhsul təqdim etməklə, regional fəaliyyətini sürətlə genişləndirməkdədir.
“Milla” məhsulları bu gün yanlız Azərbaycanda deyil, həmçinin Rusiya, Əfqanıstan, Küveyt, Qatar, Gürcüstan, İraq və BƏƏ kimi ölkələrdə də sevilərək istehlak olunur.