“Milla” markası Azərbaycanda bir çox süd məhsulları kateqoriyasında bazar lideridir. Yarandığı gündən əsas missiyası əhali üçün yüksək keyfiyyətli süd məhsulları təqdim etmək olmuşdur.
Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmə gücünə malikdir. Şirkət məhsulların təzə və təhlükəsiz şəkildə bazara çatdırılmasını təmin etmək üçün sutka ərzində 12 istehsal xəttində süd məhsulları istehsal etməyə qadirdir.
Şirkət istehsalat prosesində texnoloji yenilikləri yaxından izləyir və ən son texnologiyalardan istifadə edərək məhsullarının keyfiyyətini daim yüksək səviyyədə saxlayır.









