Etibarlı tərəfdaşlarımız

Milla Dairy MMC olaraq biz yalnız keyfiyyətə önəm verən, etibarlı və beynəlxalq standartlara cavab verən markalarla əməkdaşlıq edirik. Müştərilərimizə hər məhsulun ən keyfiyyətlisini təqdim etmək bizim üçün önəmlidir. Yerli və qlobal brendlərlə qurduğumuz bu möhkəm tərəfdaşlıq sayəsində süfrələrə hər gün saf, təbii və ləzzətli məhsullar təqdim edirik.

Etibarlı tərəfdaşlarımız
Ammerlander

Ammerlander

Alman pendir ənənəsinin təmsilçisi olan “Ammerlander” brendi klassik dadı, sabit keyfiyyəti və uzunömürlü etibarlılığı ilə seçilir. Bu brendin pendir məhsulları ləzzətə verdiyimiz dəyərin bariz nümunələrindəndir.

1885-ci ildən bəri fəaliyyət göstərən “Ammerlander” Şimali Almaniyanın ən qədim və eyni zamanda müasir süd kooperativlərindən biri hesab olunur. Brendin əsas fəlsəfəsi “təmizlik bizim təbiətimizdədir” prinsipinə söykənir.

Ənənəvi alman südçülük mədəniyyətini müasir texnologiyalarla birləşdirən “Ammerlander” hər məhsulda dad, təmizlik və məsuliyyət təqdim edir. Milla olaraq bu brendin saf süd fəlsəfəsini və keyfiyyətə sadiqliyini istehlakçılarımıza çatdırmaqdan qürur duyuruq.



Fonterra

Fonterra

Yeni Zelandiyanın süd sənayesində qabaqcıl kooperativlərindən biri olan “Fonterra” dünyaya yüksək keyfiyyətli kərə yağı təqdim edir. “Fermadan süfrəyə” yanaşması ilə “Fonterra” istehsal etdiyi hər bir kərə yağı məhsuluna böyük məsuliyyətlə yanaşır.

Milla olaraq biz də keyfiyyətə olan bu dərin bağlılığı, ətraf mühitə və insanlara qarşı məsuliyyətli yanaşmanı dəstəkləyirik. “Fonterra” ilə əməkdaşlığımız bizim üçün sadəcə bir iş ortaqlığı deyil. Bu, indiki və gələcək nəsilləri yalnız təbii və keyfiyyətli kərə yağı ilə təmin etmək missiyasıdır.



Sütaş

Sütaş

Türkiyənin süd məhsulları sahəsində lider markası olan “Sütaş” təbiiliyi və keyfiyyəti ilə seçilir. İllərin təcrübəsinə söykənən yanaşması sayəsində təzə və dadlı süd məhsullar istehsal edir.

“Sütaş” həm də dəyər əsaslı bir brenddir. İnsana, cəmiyyətə və təbiətə hörmət, şəffaflıq və məsuliyyət, daima inkişaf və mükəmməlliyə can atmaq və hər şeydən əvvəl südə olan sonsuz sevgi “Sütaş”ın əsas dəyərlərindəndir. Milla olaraq biz də bu dəyərləri paylaşır, təbiiliyə, keyfiyyətə və sağlam həyata önəm veririk.