“Milla Dairy” şirkəti ilə Özbəkistanın “Jizzax Organic” arasında strateji əməkdaşlıq sənədi imzalandı.
Azərbaycanın İqtisadiyyat Nazirliyində keçirilən görüş çərçivəsində, iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra mühüm sənədlər imzalanıb. Görüşdə Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Naziri Laziz Kudratov, eləcə də hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
İqtisadi tərəfdaşlıq çərçivəsində, “Milla Dairy” şirkəti ilə Özbəkistanın tanınmış kənd təsərrüfatı şirkətlərindən biri olan “Jizzax Organic” arasında süd məhsullarının istehsalına dair əməkdaşlıq sənədi imzalanmışdır. Tərəflər arasında bağlanan bu müqavilə, süd məhsullarının birgə istehsalı, texnoloji təcrübənin mübadiləsi və region bazarlarında inkişaf istiqamətində atılan strateji bir addımdır.
Milla Dairy olaraq fəaliyyətimizin hər bir mərhələsində milli keyfiyyəti qlobal səviyyəyə daşımağı, bu sahədə olan qabaqcıl bilik və təcrübəni tətbiq etməyi, və davamlı inkişaf üçün beynəlxalq əməkdaşlıqları gücləndirməyi əsas hədəflərimizdən biri hesab edirik. İxrac potensialının gücləndirilməsi və regional əməkdaşlığın dərinləşməsi yolunda bu strateji addımı Milla üçün yeni bir mərhələ kimi qiymətləndiririk.