Brendlər

Milla – keyfiyyət və etibarlılıq simvolu olan süd və süd məhsulları brendidir. Biz müxtəlif kateqoriyalarda məhsullar təqdim edərək, hər yaş qrupu və zövqə uyğun seçimlər təklif edirik.

Brendlər
Milla
Milla

Milla brendi süd və süd məhsulları deyəndə ağıla gələn ilk adlardan biridir. Həm keyfiyyətli, həm də dadlı məhsulları ilə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Milla hər kəsin zövqünə, ehtiyacına uyğun məhsullar təklif etməklə yanaşı, yerli istehsalda keyfiyyət standartlarını da yüksəltməyə davam edir. Milla sizin və sevdikləriniz üçün sağlam seçimdir.

Mimi
Mimi

Mimi brendi uşaqların sevimlisi, valideynlərin etibarlı seçimidir. Maraqlı qablaşdırması, dadlı süd kokteylləri və yoğurtları ilə Mimi uşaqların zövqünü oxşamaqla yanaşı, onların sağlam qidalanmasına da dəstək olur. Məhsulların hazırlanmasında yalnız təbii süddən istifadə olunur. Mimi ilə uşaqlar həm sağlam, həm də faydalı qidalanır. Brendin məqsədi uşaqlara həm maraqlı dadlar, həm də əyləncəli anlar bəxş etməkdir.

Dondurma
Dondurma

Milla dondurmaları yay fəslinin əvəzolunmazıdır. Bundan əlavə, Milla ilin istənilən fəslində dondurma yeməyi sevənlər üçün də fərqli dad seçimləri təklif edir. Geniş çeşiddə fərqli dondurma məhsulları hər kəsin zövqünə uyğun hazırlanıb. Təbii süd və qaymaqla hazırlanan dondurmalar uşaqlardan böyüklərə qədər hər kəs üçün sevinc mənbəyidir. Milla dondurmaları təkcə dondurma olmaqla qalmır, həm də ailəvi yığıncaqları unudulmaz edən dadlı və ənənəvi simvola çevrilir. Müxtəlif qablaşdırma seçimləri sayəsində hər an və hər yerdə rahat və ləzzətli dondurma təcrübəsi təqdim edir.