Brendlər

Milla şirkəti Azərbaycanda 10 kateqoriya üzrə istehsal etdiyi 110-dan artıq məhsul çeşidi ilə süd və süd məhsulları sahəsində lider şirkətlərdən biridir. Yarandığımız ilk gündən bəri məqsədimiz sizin və sevdikləriniz üçün təbii süd məhsulları hazırlamaqdır. Fərqli zövqlərə xitab edən müxtəlif növ məhsul çeşidlərimiz ilə hər zaman yüksək keyfiyyətli süd və süd məhsulları istehsal etməyə davam edəcəyik.

Brendlər
Milla
Milla

Milla brendi süd və süd məhsulları dedikdə ağla gələn ilk adlardan biridir. Keyfiyyəti və ləzzətli dadı ilə Milla gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Hər zövqə və ehtiyaca uyğun məhsullar təklif edən Milla, istehlakçıların gözləntilərini qarşılamağa və yerli istehsalda keyfiyyət standartlarını yüksəltməyə davam edir. Milla sizin və yaxınlarınız üçün sağlam seçimdir.

Mimi
Mimi

Mimi, uşaqların sevdiyi və valideynlərin etibar etdiyi bir brenddir. Əyləncəli qablaşdırması, ləzzətli milkshake və yoqurtları ilə Mimi, uşaqların sağlam qidalanmasını dəstəkləyərkən onları sevindirir. Mimi məhsullarının istehsalında yalnız təbii süddən istifadə olunur. Mimi ilə uşaqlar həm sağlam, həm də faydalı qidalardan həzz alırlar. Brendin məqsədi uşaqlara həyəcanverici dadlar və sevincli anlar yaşatmaqdır.

Dondurma
Dondurma

Milla dondurmaları yayın ayrılmaz bir hissəsidir. Bundan əlavə, Milla ilin istənilən fəslində dondurma yeməyi sevənlər üçün müxtəlif dadlar təklif edir. Geniş çeşiddə dondurma məhsulları hər zövqə uyğun olaraq hazırlanmışdır. Təbii süd və qaymaqdan hazırlanan Milla dondurmaları uşaqlardan böyüklərə qədər hər kəs üçün sevinc mənbəyidir. Onlar sadəcə dondurmadan daha çox, ailə toplantılarını unudulmaz edən ləzzətli və ənənəvi bir simvol halına gəlmişdir. Müxtəlif qablaşdırma seçimləri sayəsində Milla istənilən vaxt və istənilən yerdə rahat və ləzzətli dondurma təcrübəsi təqdim edir.