04 Sentyabr 2026

SƏTƏM üzrə mütəxəssis

ƏSAS NƏTİCƏ SAHƏLƏRİ:

  • Əməkdaşların əməyin mühafizəsi üzrə bilik və bacarıqlarının inkişaf etməsi məqsədi ilə təlimatlandırmaq və qiymətləndirmək;
  • Peşə sağlamlığının qorunması və təhlükəsiz əmək şəratinin yaradılmasına tövsiyələr vermək və nəzarət etmək, sahə üzrə yoxlamalar apararaq təhlükələri müəyyən etmək;
  • İstehsal qəzalarının səbəblərinin araşdırılmasında iştirak etmək və oxşar qəzaların baş verməməsinə nəzarət etmək;

VƏZİFƏ TƏLİMATLARI:

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi;
  • Yeni işə qəbul olunanlarla, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir;
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək;
  • Əməkdaşlara təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək;
  • Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq;
  • Müəssisənin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatı və əmrləri hazırlamaq;
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərini həyata keçirmək;
  • Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və nizamlı şəkildə yerinə yetirmək;

İŞ ÜZRƏ SPESİFİKASİYALAR:

Tələb olunan Təhsil və Təcrübə:

  • Ali təhsil;
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • Sertifikatlar: IOSH və FHN şəhadətnamə;

Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlikləri:

  • Azərbaycan dili (səlis); İngilis dili və Rus dili (arzuolunandır);
  • MS Office billikləri;
  • Funksional səriştəlikləri: Effektiv kommunikasiya; Riskin qiymətləndirilməsi(təhlili); Stresə davamlılıq;

Vakansiya üçün müraciət

Aşağıdakı formu dolduraraq bizə müraciət edin

Zəhmət olmasa CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)