23 Fevral 2026

Logistika və ixrac üzrə aparıcı mütəxəssis

ƏSAS NƏTİCƏ SAHƏLƏRİ:

  • İdxal və ixrac əməliyyatlarının dəqiq və vaxtında təmin edilməsi;
  • Güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi;
  • Logistikanın planlaması və ən effektiv üsul ilə icra edilməsi;

VƏZİFƏ TƏLİMATLARI:

  • Beynəlxalq idxal və ixrac və ölkədaxili əməliyyatları üçün optimal logistikanın təşkil edilməsi;
  • Logistika üzrə tenderlərin təşkil edilməsi;
  • İdxal zamanı yük sənədlərinin (İnvoice, Pack list, CoO, CMR, Müqavilə və s.) yoxlanılması və QİB üçün gömrükçüyə yönəldilməsi;
  • Logistik sifarişlərə aid məlumatların daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılması prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi;
  • Daşınmaya hazır olan yükün vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarətin həyata keçirilməsi;
  • Yükün daşıma statusu haqqında məlumatı mütəmadi yeniləmək və bu barədə şöbə rəhbərinə məlumatın verilməsi;
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası və s. aidiyyəti məsələlər ilə bağlı müraciətlərin edilməsi;
  • İxrac olunan məhsulların sənədləşmə işlərinin təşkili, aidiyyəti orqanlara müraciət edilməsi və icazələrin, sertifikatların və digər sənədlərin toplanılması;
  • İxrac olunan məhsulların yüklənmə və göndərilmə qrafikinin planlaması və qrafik üzrə icra edilməsi;
  • Logistika bazarının araşdırılması və yeni vendorların cəlb edilməsi;
  • İdxal və ixrac üzrə əməkdaşlıq edilən şirkətlər ilə doğru sənəd dövriyyəsinin aparılması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və nizamlı şəkildə yerinə yetirmək;
  • Yükün daşınması, sığortalanması, anbarlara yerləşdirilməsi və ötürülməsinin koordinasiyası;
  • Daşınma xərclərinin optimallaşdırılması və büdcəyə nəzarət edilməsi;
  • Xarici və yerli müştərilərlə davamlı əlaqələrin qurulması;
  • Funksiya üzrə işçilərin inkişafını, billik və bacarıqlarını artırılmasi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və nizamlı şəkildə yerinə yetirmək;

İŞ ÜZRƏ SPESİFİKASİYALAR:

  • Tələb olunan Təhsil və Təcrübə:
  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Menecment və ya oxşar sahələr);
  • Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi;

Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlikləri:

  • Azərbaycan dilini səlis bilməli (ingilis və rus dilləri qabaqçıl səviyyədə bilməli);
  • MC office istifadəçi səviyyəsində bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Eyni zamanda müxtəlif işlər üzərində işləyərkən prioritetlərin düzgün müəyyən olunması bacarığı;
  • Biznes səriştəlikləri: İşgüzar ünsiyyət (3), Məsuliyyət (punktuallıq) (4);

Vakansiya üçün müraciət

Aşağıdakı formu dolduraraq bizə müraciət edin

Zəhmət olmasa CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)