İstehsal və xammal planlaması üzrə bölmə rəhbəri

ƏSAS NƏTİCƏ SAHƏLƏRİ:

• İstehsal planın dəqiq tərtib edilməsi;

• Tələb olunan materialların sifarişlərinin vaxtında planlaşdırılması;

• Minimum vaxt və xərc itkisi ilə istehsalın optimal şəkildə planlaşdırılmasının icrası;

• Stock-out izlənməsi;


VƏZİFƏ TƏLİMATLARI:

• Xammal materialların stokuna nəzarət edilməsi;

• İstehsal planı icra edildiyi zaman digər departamentlər tərəfindən verilən sənədlərdə (məsələn, satışın həftəlik və aylıq proqnuzu) uyğunsuzluq aşkar edildikdə onu qarşı tərəflərlə korreksiya edilməsi (MRP izlənilməsi);

• Planın tərtib edilməsi üçün zəruri olan daxil olan sənədləri qəbul etməsi, orada olan məlumatların düzgünlüyünü və etibarlılığını yoxlanılması;

• Planın bütün mərhələlərinin uçotunu aparır və icrasına nəzarət etməsi, planlaşdırılmış hədəflər üzrə fəaliyyət göstəricilərini toplaması və emal etməsi, nəzarətin nəticələrinə əsasən analitik qeydlər, zəruri hesabatların hazırlaması və birbaşa rəhbərə təqdim etməsi;

• Müəssisə resurslarının səmərəli istifadəsi (xammal və qablaşdırma materiallar; az hərəkətli (slow-moving) və hərəkətsiz (non-moving) materiallar) üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;

• Müəssisədə yeni layihələrin həyata keçirilməsinin texniki-iqtisadi əsaslandırılmasında (yeni məhsulların tətbiqi) iştirak etməsi;

• Satış proqnozlarının təmin olunmasının mümkün olmadığı məhsullar üzrə məlumatların əvvəlcədən təqdim edilməsi;

• Birbaşa rəhbərin tapşırığı ilə planın ayrı-ayrı bölmələrinin işlənməsini həyata keçirməsi, onlar üçün hesablamalar və əsaslandırmalar aparması;

• Satış proqnozlarına uyğun olaraq istehsal planının (MPS) hazırlanması;

• Hazırlanmış İstehsal planına uyğun mal-material ehtiyacları planlarının (MRP) hazırlanması;

• Səmərəli istehsal planının icrası məqsədilə departament-daxili şöbələrlə koordinasiya etmək;

• Sahənin istehsalat fəaliyyəti üzrə cari istehsalın planlaşdırılması, uçotu, tərtibi və vaxtında hesabatın verilməsini təşkil edilməsi;

• Strateji məhsulların planlı istehsalı və əsas və dövriyyə vəsaitlərinin kritik dövrlərdə səmərəli istifadəsinin təmin edilməsi;

• Struktur bölmənin fəaliyyətinə ümümi nəzarətin edilməsi;

• Gündəlik satış olunan məhsulların satış tempinin izlənməsi və zəruri dəyişikliklərin tətbiq edilməsi;

• Həftəlik və aylıq tələb olunan südün müəyyənləşdirilməsi;

• İstehsal olunan məhsulların orderlərin hazırlanması;

• Satış üçün zəruri olan hazır məhsulların ehtiyatının saxlanılması (safety stock maintenance);

• Lazımi xammalın tələb sifarişin yaradılması;

• Açıq sifarişlərin vaxtında yerinə yetirilməsini təmin etmək;

• Məhsul qıtlığının (stock-out) izlənməsi və satış tələbinə uyğun məhsulların vaxtında anbarda təmin edilməsi;

• Over-stock və az və ya hərəkətsiz (slow-moving/non-moving) məhsul və xammalları müəyyən edib hesabatını hazırlamaq və funksiya/bölmələrarası koordinasiya edərək həmin məhsulları anbardan çıxarmaq;

• İllik, rüblük, aylıq, həftəlik və gündəlik istehsal planlarının hazırlanması və funksiyalararası bölmələrə göndərilməsi;

• İllik istehsal və xammal ehtiyaci büdcəsinin hazırlanması;

• İstehsal anbarında xammal və qablaşdırma materialları üzrə rüblük sayımda iştirak etmək və kənarlaşma (deviation report) hesabatını təqdim etmək;

• Funksiya üzrə işçilərin inkişafını, billik və bacarıqlarını artırmaq;

• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və nizamlı şəkildə yerinə yetirmək;



İŞ ÜZRƏ SPESİFİKASİYALAR:

Tələb olunan Təhsil və Təcrübə:

  • Ali təhsil Bakalavr və ya Magistr dərəcəsi (Sənaye mühəndisliyi, Təchizat Zəncirinin İdarəedilməsi, Əməliyyatların İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahələrdə);
  • FMCG sektorunda istehsal planlaşdırılması, təchizat planlaşdırılması, MRP/MPS və ya təchizat zənciri funksiyaları üzrə minimum 3–5 il iş təcrübəsi;

Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlikləri:

  • Azərbaycan dilini səlis bilməli (Rus və İngilis dili arzu olunandır);
  • ERP sistemləri ilə praktiki iş təcrübəsi (1C);
  • Microfost Office proqramları (Power BI) üzrə yüksək səviyyədə bilik;
  • MPS/MRP, tələbin proqnozlaşdırılması, ehtiyatların idarə edilməsi, təhlükəsizlik ehtiyatının (safety stock) müəyyənləşdirilməsi və istehsal planlaşdırılması məntiqi üzrə dərin bilik;
  • Yüksək analitik düşüncə və problem həlletmə qabiliyyəti (hesabatların hazırlanması, uyğunsuzluqların təhlili, xərclərin və səmərəliliyin qiymətləndirilməsi üzrə təcrübəyə əsaslanan);
  • Funksional səriştəlikləri: Komanda işi və əməkdaşlıq, Stresə davamlılıq, Detallara yönümlü, Məsuliyyət (punktuallıq);
  • Biznes səriştəlikləri: Tapşırıqların başqalarına ötürülməsi, Planlama və təşkilatçılıq;
  • Liderlik;

Vakansiya üçün müraciət

Aşağıdakı formu dolduraraq bizə müraciət edin

Zəhmət olmasa CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)