ƏSAS NƏTİCƏ SAHƏLƏRİ:
SFA sistemində istifadəçi, məhsul, müştəri və marşrut məlumatlarının düzgün və aktual saxlanılmasını təmin etmək;
SFA və ERP arasında məlumat sinxronizasiyası ilə bağlı uyğunsuzluqları vaxtında aşkar edib ilkin həll və eskalasiya etmək;
Müştəri müqavilələrinin və əlaqəli ticarət şərtlərinin ERP sistemində düzgün və vaxtında daxil edilməsini təmin etmək;
İstifadəçilərə təlim, metodik dəstək və problem həlli üzrə davamlı xidmət göstərmək;
Məlumat keyfiyyəti, müqavilə düzgünlüyü və əməliyyat intizamı üzrə aylıq və həftəlik nəzarət mexanizmlərini icra etmək
VƏZİFƏ TƏLİMATLARI:
Sahə nümayəndələrindən daxil olan SFA problemlərini qəbul etmək, prioritetləşdirmək və həll etmək;
Yeni istifadəçilərin hesablarını yaratmaq, rol və icazələri təyin etmək, ayrılan əməkdaşların girişlərini bağlamaq;
Məhsul kataloqu, SKU statusları, müştəri kartları və marşrut məlumatlarını sistemdə yaratmaq və yeniləmək;
Mikro ERP FLY17 sistemində müştəri müqavilələrini, qiymət və ödəniş şərtlərini müəyyən olunmuş standartlara uyğun daxil etmək;
Onboarding və təlim materialları hazırlamaq, yeni satış nümayəndələri və merçandayzerlər üçün fərdi təlimlər keçmək;
Aktiv müqavilələr, bitmə tarixləri, məlumat kənarlaşmaları və daxil edilmiş əməliyyatlar üzrə dövri yoxlama və hesabat aparmaq;
Həll olunmayan texniki və inteqrasiya problemlərini aidiyyəti İT komandasına vaxtında eskalasiya etmək;
Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirməsi;
İŞ ÜZRƏ SPESİFİKASİYALAR:
Tələb olunan Təhsil və Təcrübə:
Ali təhsil, üstünlük biznes idarəçiliyi, informasiya texnologiyaları və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi;
ERP sistemi ilə ən azı 1 il iş təcrübəsi; FMCG və ya pərakəndə satış mühiti üzrə təcrübə üstünlükdür;
ERP, SFA və əlaqəli biznes proseslərini sistemli başa düşmək;
Sertifikatlar: Tinda SFA, Mikro ERP FLY17;
Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlikləri:
Azərbaycan və ingilis dillərini işlək səviyyədə bilmək; MS Office, xüsusilə Excel-də intermediate səviyyədə bacarıq;
Analitik düşüncə və məlumat uyğunsuzluqlarını operativ aşkar etmə bacarığı;
İstifadəçilərlə effektiv kommunikasiya və təlim vermə bacarığı;
Yüksək dəqiqlik, məsuliyyət və sənəd/əməliyyat intizamı, Məxfi məlumatların qorunması və şirkətin maraqlarına sadiqlik;
Biznes sər: Təhlil etmə və analitik düşüncə; Riskin qiymətləndirilməsi (təhlili