20 Fevral 2026

Biznes Risklərinin İdarə Edilməsi üzrə şöbə rəhbəri

ƏSAS NƏTİCƏ SAHƏLƏRİ:

  • Biznes üzrə risklərin idarəedilməsi matrisinin tətbiqi və izlənməsi;
  • Risklərin müəyyənləşdirilməsi, azaldılması və potensial itkilərin qarşısının alınması;
  • Uyğunluq (komplayens) və daxili nəzarət sisteminin effektivliyinə nəzarət edilməsi;
  • Biznesin davamlılığı və böhran vəziyyətlərinin idarə olunması;
  • Strateji risk məsləhətçiliyi və risk mədəniyyətinin inkişaf etdirilməsi;

VƏZİFƏ TƏLİMATLARI:

  • Şirkət üzrə risklərin müəyyən edilməsi və risk reyestrinin hazırlanması
  • Risklərin ehtimal və təsirinə əsasən qiymətləndirilməsi;
  • Risklərin azaldılması üzrə tədbirlər planının hazırlanması və icrasına nəzarət;
  • Əsas risk indikatorlarının (KRI) formalaşdırılması və monitorinqi;
  • Yeni layihə, məhsul və proseslər üzrə risk qiymətləndirilməsinin aparılması;
  • Əsas və dəstək biznes proseslərin yazılması və sənədləşdirilməsi;
  • Proses xəritələrinin və axın diaqramlarının hazırlanması;
  • Proseslər üzrə risk və nəzarət nöqtələrinin müəyyən edilməsi;
  • Proses dəyişikliklərinin risk baxımından qiymətləndirilməsi;
  • Biznes proseslərin mütəmadi izlənməsi və təkmilləşdirilməsi;
  • Daxili nəzarət mexanizmlərinin qurulması və saxlanması;
  • Daxili audit tapıntıları üzrə tədbirlərin icrasına nəzarət;
  • Daxili qayda, prosedur və təlimatların hazırlanması və yenilənməsi;
  • Risklər üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
  • Rəhbərliyə risk səviyyəsi və əsas problemlər barədə məlumatın təqdim edilməsi;
  • Risk mədəniyyətinin təşviqi məqsədilə daxili maarifləndirmə;
  • Şöbə əməkdaşlarının işinin təşkili və bölgüsü;
  • Performans qiymətləndirilməsi və inkişaf planlarının hazırlanması;
  • Şöbə üzrə iş planlarının icrası;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və nizamlı şəkildə yerinə yetirmək

İŞ ÜZRƏ SPESİFİKASİYALAR:

  • Tələb olunan Təhsil və Təcrübə:
  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Menecment, Hüquq və ya oxşar sahələr);
  • Aidiyyatı sahə üzrə (Risklərin idarə edilməsi, daxili audit və ya biznes proseslər) minimum 3 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 1 il təcrübə;

Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlikləri:

  • Azərbaycan dilini səlis bilməli (ingilis dili qabaqçıl səviyyədə bilməli; rus dili (arzuolunan);
  • ERM, COSO, ISO 31000 çərçivələri;
  • Daxili nəzarət və audit prinsipləri bilməli;
  • Biznes proseslərin modelləşdirilməsi bacarığı;
  • Yüksək analitik düşüncə və problem həlletmə qabiliyyəti (hesabatların hazırlanması, uyğunsuzluqların təhlili, xərclərin və səmərəliliyin qiymətləndirilməsi üzrə təcrübəyə əsaslanan);
  • Funksional səriştəlikləri: Stresə davamlılıq (5); Detallara yönümlü (5);
  • Biznes səriştəlikləri: Geniş görmə (düşüncə) (5), Cəsarətlilik (qətiyyətlilik) (5);
  • Liderlik;

Vakansiya üçün müraciət

Aşağıdakı formu dolduraraq bizə müraciət edin

Zəhmət olmasa CV-nizi PDF və ya DOCX formatında yükləyin (maksimum 5 MB)