Milla Dairy MMC ilə Sənaye və Texnologiya Kolleci arasında əməkdaşlıq imzalandı.

Milla Dairy MMC ilə Sənaye və Texnologiya Kolleci arasında əməkdaşlıq imzalandı.

Milla Dairy MMC olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin rəhbər heyəti və tələbələrini müəssisəmizdə qəbul etməkdən məmnun olduq. Ziyarət çərçivəsində qonaqlar şirkətimizin fəaliyyət istiqamətləri, dəyərləri və missiyası barədə məlumatlandırıldı, həmçinin istehsalat prosesi ilə yaxından tanış oldular.

Görüşün sonunda Milla Dairy MMC-nin İdarə Heyətinin sədri Azər Vahab Zadə və Kollecin direktoru Nasim Abışov arasında əməkdaşlıq müqaviləsi imzalandı. Bu əməkdaşlıq 2026-cı ildən etibarən tələbələrin müəssisəmizdə istehsalat təcrübəsinə cəlb edilməsini nəzərdə tutur.

İmzalanan tərəfdaşlıq ölkəmizdə yüksək ixtisaslı kadr potensialının inkişafına və qida sənayesində peşəkar hazırlığın gücləndirilməsinə mühüm töhfə verəcək.