Milla Dairy MMC ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Müqavilə Milla Dairy MMC-nin İdarə Heyətinin sədri Azər Vahabzadə və Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva tərəfindən imzalanmışdır.

Əməkdaşlıq çərçivəsində tərəflər real biznes mühitinin təhsil prosesinə inteqrasiyası, tələbə və gənc mütəxəssislərin istehsalat sahəsinə marağının artırılması, praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gələcəkdə kadr potensialının gücləndirilməsi istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tuturlar.

Görüş zamanı qida sənayesində müasir yanaşmalar, istehsalat təcrübələrinin təşkili, təhsil–biznes əməkdaşlığının genişləndirilməsi və gənclərin real iş mühitinə hazırlanması mövzularında fikir mübadiləsi aparılmışdır.

Milla Dairy MMC olaraq, təhsil müəssisələri ilə strateji əməkdaşlıqların qurulmasını uzunmüddətli inkişaf strategiyamızın əsas prioritetlərindən biri hesab edirik. Bu cür təşəbbüslərin ölkədə insan kapitalının formalaşması və peşəkar potensialın güclənməsi baxımından mühüm rol oynadığına inanırıq.