Milla Dairy “Dayaq Mükafatı”na layiq görüldü!

Milla Dairy “Dayaq Mükafatı”na layiq görüldü!

Milla Dairy LLC olaraq 2025-ci il “Dayaq Mükafatı” çərçivəsində “Uğurlu İstehsalçı” nominasiyası üzrə mükafata layiq görülməyimiz bizim üçün böyük şərəf və məsuliyyətdir.

Bu nüfuzlu mükafat Milla-nın dayanıqlı inkişaf strategiyasının, istehsalda keyfiyyətə, innovasiyaya və müasir yanaşmalara verdiyi önəmin real nəticəsidir. Eyni zamanda, yerli istehsalın gücləndirilməsinə, iqtisadi dəyərin yaradılmasına və məşğulluğun artırılmasına verdiyimiz töhfənin qiymətləndirilməsidir.

Mükafat Milla Dairy MMC-nin direktoru Azer Vahabzada tərəfindən qəbul edilmişdir.

Bu uğur – güclü komandanın, etibarlı tərəfdaşlığın və bizə daim güvənən istehlakçılarımızın ortaq nailiyyətidir. Hər bir komanda üzvümüzə göstərdiyi əzm, peşəkarlıq və fədakarlığa görə səmimi təşəkkürümüzü bildiririk.

Milla olaraq bundan sonra da yerli istehsalın inkişafına, keyfiyyətli və innovativ məhsulların istehlakçıya çatdırılmasına dəyər qatmağa davam edəcəyik.