Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüsünün üzvləri üçün “Milla Dairy” MMC-nin istehsalat müəssisəsinə tanışlıq səfəri təşkil edilmişdir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdində fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüsünün üzvləri üçün “Milla Dairy” MMC-nin istehsalat müəssisəsinə tanışlıq səfəri təşkil edilmişdir. Səfər çərçivəsində iştirakçılar şirkətin istehsal mühiti ilə yaxından tanış olmuş, süd və süd məhsullarının hazırlanması prosesində istifadə olunan qabaqcıl texnoloji həllər və istehsal yanaşmaları haqqında ətraflı məlumat əldə etmişlər.

Görüş və təqdimatlar zamanı şirkətin məhsul portfeli, keyfiyyət standartları, bazar mövqeyi, eləcə də istehsal prosesinin hər mərhələsində tətbiq olunan innovativ həllər və keyfiyyətə nəzarət mexanizmləri könüllülərə ətraflı şəkildə izah edilmişdir.

Bu cür maarifləndirici təşəbbüslər gənclərin qida təhlükəsizliyi sahəsində praktiki biliklərinin artırılmasına, həmçinin istehsal müəssisələri ilə müvafiq qurumlar arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edir.