Qida təhlükəsizliyi

Baş səhifə / Qida təhlükəsizliyi

Qida təhlükəsizliyi
“AZ FP CO LTD” MMC olaraq öz fəaliyyətimiz zamanı ən qabaqcıl və mükəmməl texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli məhsullar istehsal edirik. İstehsalatımızın tərkib hissəsi süd məhsulları və plastik qabların istehsalından ibarətdir. İstehsal və idxal etdiyimiz məhsulların çeşidləri və keyfiyyət göstəriciləri beynəlxalq “Keyfiyyət İdarəetmə Sistemi” - “ISO 9001”, Qida Təhlükəsizliyi İdarəetmə Sistemi – “ISO 22000” və milli standartlara, Azərbaycan Respublikasının qanunvericilik və normativ qaydalarının tələblərinə uyğundur.

Biz hər zaman keyfiyyət sahəsində qəbul edilmiş qərarları rəhbər tutaraq hazırki və uzunmüddətli dövr üçün müştərilərin maraqlarını nəzərə almaqla Keyfiyyəti İdarəetmə Sisteminin yararlılığının, adekvatlığnın və səmərəliliyinin təmin edilməsi və saxlanılması məqsədilə dövri olaraq təhlillər aparırıq. İşçi personalının fəaliyyəti hər zaman diqqət mərkəzindədir. İşçi peşəkarlığının və metodiki biliklərin artırılması üçün mütəmadi olaraq kurslar təşkil edilir və işçi heyyət təlimlərə göndərilir. Standartların işlənib hazırlanması və dövlət qeydiyyatına alınması üçün mütəmadi olaraq dövlət orqanları, əsasən Azərbaycan Standartlaşdırma İnstitutu ilə sıx əməkdaşlıq edirik.

Müəssisəmizin daxilində yüksək standartlara cavab verən laboratoriyanın olmasına, istehsal və idxal etdiyimiz məhsulların burada yoxlanmasına baxmayaraq keyfiyyət göstəricilərinə daha çox əminlik üçün  məhsullar dövri olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun tərkibində fəaliyyət göstərən Mərkəzi Baytarlıq Laboratoriyasında yoxlanılır və müvafiq sertifikatlarla təmin edilir.

Müştərilərə təqdim etdiyimiz bütün məhsullar həm yerli həm də beynəlxalq sertifikatlarla təmin edilmişdir. Prioritet vəzifəmiz müştəri məmnunluğu və keyfiyyətli məhsul istehsalıdır.