Ferma

Baş səhifə / Ferma

Ferma

    “Milla” markası altında istehsal olunan süd məhsulların əsas xammalı olan süd, şirkətin Qəbələdəki təsərrüfatında istehsal olunur və toplanır. Müasir texnoloji avadanlıqlarla təhciz olunmuş bu fermada 2000 başadək iribuynuzlu heyvan var. On beş hektar ərazidə inşa olunan kompleks beş inək və iki buzov fermalarından və doğuş şöbəsindən və yardımçı binalardan ibarətdir. Sağım sexi dünyanın ən mütərəqqi "Paralel" tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 2000 hektardan çox ərazisi olan yem təsərrüfatı yaradılmışdır. Bu ərazilərdə müxtəlif yem bitkiləri əkilir. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu vardır.


  “Qəbələ Ovcullu” fermasında inəklərin əksəriyyətini “Holistein” cinsi təşkil edir. “Holistein” cinsindən olan inəklərin mənşə ölkəsi Hollandiyadır. Bu cins inəklər ən məhsuldar südlük inəklər hesab olunurlar. Südlərindəki yağlılıq dərəcəsi 3.5-3.8% arasındadır. Bu cinslərdən sağılmış südün faydalılıq dərəcəsi olduqca yüksəkdir. Bu cinsdə olan inək südləri kalsium, D vitamini, fosfor və maqnezium kimi sümük sağlamlığına faydalı olan bir çox minerallarla zəngindir.