Zavod

Baş səhifə / Zavod


"AZFPCO LTD" MMC 2011-ci ildə "Milla" markası ilə süd məhsulları bazarında fəaliyyətə başlamışdır. "Milla" hazırda bazarda ən çox kateqoriyada təmsil olunan ən böyük yerli süd markasıdır. Zavodun istehsal gücü gün ərzində 250 ton süd məhsuluna bərabərdir. Hazırda müəssisədə 9 süd məhsulu kateqoriyası üzrə 100-dən çox çeşiddə məhsul istehsal olunur.

Şirkət məhsulların təzə və təhlükəsiz şəkildə bazara çatdırılmasını təmin etmək üçün sutka ərzində 12 istehsal xəttində süd məhsulları istehsal etməyə qadirdir. Məhsullar şirkətin Qəbələdəki təsərrüfatlarından istehsal olunur və toplanır.

"AZFPCO LTD" şirkəti Azərbaycanla yanaşı Rusiya, Əfqanistan, Küveyt, Qatar, Gürcüstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri kimi bir çox ölkəyə öz məhsullarının satışını həyata keçirmişdir.