SƏTƏM mütəxəssisi
Baş səhifə / Karyera / SƏTƏM mütəxəssisi
Baş səhifə / Karyera / SƏTƏM mütəxəssisi
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etməlidir.
- Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş
təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək.
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
- İşçilərə təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
- Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmə.
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
- Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq.
- Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək
- Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək.
Sizdən nə tələb olunur?
- Ali təhsil
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
- Sətəm-ə aid yerli qanunvericiliyin tələblərini bilməli;
- Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;
- MC Office proqramlarında sərbəst istifadə bacarığı
- Orta danışıq səviyyəsindəİngilis dili və Rus dili biliyinin olması arzuolunandır
- Təlim və öyrətmə qabiliyyəti;
Əlavə məlumatlar:
- 5 günlük iş həftəsi, həftəlik 40 saat
- Könüllü tibbi sığorta, servis və nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.