Aparıcı mühasib
Baş səhifə / Karyera / Aparıcı mühasib
Baş səhifə / Karyera / Aparıcı mühasib
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks edilməsinə , mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə köməklik edilməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesabatlarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərin , məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilinə köməklik göstərilməsi və eyni zamamanda nəzarət edilməsi
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinə, əmək haqqının ödənilməsi hesablarının , dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial-sığorta fonduna ayırmaların və digər ayırmaların tərtibinə köməklik edilməsi və eyni zamanda nəzarətin aparılması;
- Maliyyə, Mühasibat uçotu və audit üzrə ali təhsil ( Magistratura təhsilinin olması üstünlükdür)
- Satış və mühasibatlıq üzrə minimal 3-5 il təcrübənin olması ;
- Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilməli;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
- 1C ERP və 8.3 yüksək səviyyədə bilməli
- Vergi məcəlləsi, mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə geniş biliklər
- ACCA FA sertifikatı və peşəkar mühasib sertifikatının olması əlavə üstünlükdür.
- Analitik düşüncə və təhlil bacarığı, peşəsinə yüksək motivasiya ilə yanaşma, səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti