Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis
Baş səhifə / Karyera / Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis
Baş səhifə / Karyera / Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi
- Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparmaq
- Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərinin monitorinqinin keçirilməsi
- Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi
- Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, test nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək
- Ali təhsil ( Biznesin idarəedilməsi - Menecment)
- 1-3 il uyğun və bənzər sahədə təcrübə
- Azərbaycan dili mükəmməl, İngilis dili səviyyəsi yaxşı, Rus dili orta
- MS Office yaxşı istifadəçi bacarığı ( Excel, Word, PowerPoint)
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərinin idarəedilməsi üzrə mütəxəssis” qeyd etməklə career@milla.az ünvanına göndərə bilərsiniz.