Biznes proseslərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis

Baş səhifə / Karyera / Biznes proseslərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis

Biznes proseslərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis

  • Şəhər:
  • Yaş:
  • Cins:
  • Təhsil:
  • İş təcrübəsi:
  • Elanın yerləşdirilmə tarixi:
  • Elanın bitmə tarixi:
  • Bakı
  • 24-32
  • Kişi/qadın
  • Ali
  • 3-5 il
  • 1 iyun
  • 1 iyul

İş barədə məlumatlar:

-Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi
-Normativ-tənzimləyici sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək, müvafiq sənədlərlə bağlı reyestrdə qeydiyyat aparmaq
-Biznes proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacının müəyyən edilməsi
-Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi
-Biznes proseslərinin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması
-Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərinin monitorinqinin keçirilməsi
-Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi
-Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, test nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək


Namizədə tələblər:

- Ali təhsil ( Biznesin idarəedilməsi - Menecment)
- 3-5 il uyğun və bənzər sahədə təcrübə
- Azərbaycan dili mükəmməl, İngilis dili səviyyəsi yaxşı, Rus dili orta
- MS Office yaxşı istifadəçi bacarığı ( Excel, Word, Visio, PowerPoint)
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Biznes proseslərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə career@milla.az ünvanına göndərə bilərsiniz