Sevdikləriniz üçün

Sevdikləriniz üçün

Milla süd məhsulları hər süfrəyə yaraşır. Milla süd məhsulları günə gözəl başlamağınız üçün əla seçimdir.

Təbii və ləzzətli!

Təbii və ləzzətli!

Milla Feta pendiri salatlarınızın, qəlyanaltılarınızın və yeməklərinizin əvəzolunmaz dad tamamlayıcısıdır. Ləzzəti və yüngül dadı ilə həm gündəlik süfrələriniz, həm də reseptləriniz üçün uyğundur.

Dadlı və əyləncəli!

Dadlı və əyləncəli!

İçməli və yeməli Milla yoqurtları sevdiklərinizlə paylaşmaq üçün ləzzətli seçimdir.

Sərinlə, ləzzət al!

Sərinlə, ləzzət al!

Milla ayranları isti yay günlərinin və yemək fasilələrinin əvəzolunmazıdır. Nanəli, reyhanlı və sadə məhsul seçimləri ilə hər zövqə uyğundur.

Səhər süfrələrinin ləzzəti!

Səhər süfrələrinin ləzzəti!

Milla xaması istər səhər yeməyinə, istərsə də salatlara zəngin dad qatır. Hər süfrəyə yaraşan xama məhsullarımız sevdikləriniz üçün hazırladığınız yeməklərin ayrılmaz hissəsidir.

Milla istehlakçıları keyfiyyətli süd məhsulları ilə təmin edən Azərbaycanın ən böyük süd şirkətidir.

Milla Dairy MMC yarandığı 2011-ci il tarixindən etibarən əsas məqsədi insanları keyfiyyətli süd məhsulları ilə təmin etməkdir. Hal-hazırda Milla 10 kateqoriyada 100-dən artıq çeşidi ilə süd məhsulları kateqoriyasında ən çox məhsul çeşidi olan yerli markadır. Zavodun gündəlik süd məhsulu istehsal etmə potensialı 250 ton təşkil edir. Hazırda zavod 12 istehsal xətti üzrə fasiləsiz çalışaraq məhsulların hər zaman təzə və təhlükəsiz şəkildə bazara çıxarılmasını təmin edir. Məhsullar həm müəssisə daxilində yüksək standartlara cavab verən laboratoriyada yoxlanılır, həm də yerli və beynəlxalq sertifikatlarla təsdiqlənir.

2024-cü ilin may ayından etibarən “Milla” Gürcüstan bazarında da fəaliyyətə başlayıb. Hazırda 5 əsas kateqoriya üzrə 30-dan çox məhsul təqdim edir və müştəri bazasını sürətlə genişləndirməkdədir.

Hər zövqə uyğun ləzzət!